“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər səyahət müddəti 30 dəqiqədir. Səyahət müddəti yolda olan şəraitdən aslıdır.
Rəsmi Taksi xidmətini 1-ci Terminalın çıxışının qarşısında (2-ci xətt) müştərilərin rəsmi taksiyə minik zonasında xidmət göstərən taksi operatorlarının "nizamlayıcılarından" sifariş edə bilərsiniz.
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Terminal 1 və 2-nin qarşısında ümumi tutumu 600 yer olan iki avtomobil dayanacağı mövcuddur.