Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regionlarındakı beynəlxalq hava limanları üçün

TƏŞVİQ VƏ GÜZƏŞT PROQRAMI

(15.11.2019-cu il tarixdən qüvvəyə minəcəkdir)

Müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər üçün təşviq və güzəşt proqramı aşağıdakı aviaşirkətlərə tətbiq olunur:

  • Yeni aviaşirkətlərə (yaxud 3 illik fasilədən sonra uçuşları bərpa edən aviaşirkətlərə)
  • Hava limanı üçün yeni istiqamətlər üzrə uçuşlar icra edən aviaşirkətlərə

Tətbiq olunma müddətiGüzəşt səviyyəsi
fəaliyyətin 1-ci ili100%
fəaliyyətin 2-ci ili70%
fəaliyyətin 3-cü ili50%
fəaliyyətin 4-cü ili30%

Qeyd: Təşviq və güzəşt proqramı üzrə güzəştlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması uçuşların sayının və sərnişin axınının artması şərtilə nəzərdə tutulur.

Güzəşt tətbiq olunur:

  1. Qalxma və enmə yığımına;
  2. HG-nin dayanacaq yığımına;
  3. HG-nin aviasiya təhlükəsizliyi yığımına;
  4. Sərnişinlərin aviasiya təhlükəsizliyi yığımına;
  5. Hava limanı sərnişin yığımına;
  6. Dövlət Mülki Aviasiya Agentliyinin yığımına.

Güzəşt tətbiq olunmur:

  1. Regionda aeronaviqasiya xidmətlərinə görə yığıma;
  2. Terminal 1 vasitəsilə uçuşlar həyata keçirildikdə hava limanının inkişafı üçün yığıma.

Qeyd: Terminal 2 vasitəsilə uçuşlar həyata keçirildikdə aviaşirkətlər hava limanının inkişafı üçün yığımdan azaddır.

Ətraflı məlumat almaq üçün əlaqə: administration@airport.az