Tranzit sərninlər üçün qeydiyyat

Hava gəmisini tərk etdikdən sonra, ikinci mərtəbədə yerləşən gəliş zalında beynəlxalq transfer reysləri üçün qeydiyyat masasına yaxınlaşın (xəritə). Təyin edilmiş transfer qeydiyyat masalarına yaxınlaşmaq üçün işarələri izləyin.

Növbəti reysə minik talonunuz varsa (və ya yoxdursa), ikinci mərtəbədə yerləşən transfer sərnişinlər üçün qeydiyyat masasında calanma reysinə qeydiyyatdan keçməyiniz xahiş edilir.

Pasport və, mövcud olduğu halda, calanma reysi üçün minik talonunuzu hazır saxlayın.

Son təyinat məntəqəsi üçün vizanızı yoxlayın

Son təyinat ölkəsinə daxil olmaq üçün etibarlı vizanızın olduğunu yoxlamağınız xahiş olunur.

Faydalı keçid: http://www.iatatravelcentre.com

Qeydiyyatdan keçən baqajınız barədə narahat olmayın

Müasir dövrdə siz eyni aviaşirkət və ya fərqli aviaşirkətlərlə səyahət etdiyiniz zaman, baqajınızı son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirə bilərsiniz. Bu zaman heç bir narahatlığa ehtiyac qalmayacaqdır, çünki bizim heyət baqajınızın calanma reysinin həyata keçirildiyi təyyarəyə yüklənməli olduğu barədə məlumatlıdır. Lakin istənilən halda, tranzit uçuşlar zamanı baqajınızı qeydiyyatdan keçirməyi unutduğunuz zaman və ya ilk təyinat məntəqəsində baqajı qeydiyyatdan keçirmək qeyri-mümkün olduğu halda, calanma reysinizin olduğu və baqajınızı son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirməli olduğunuz barədə transfer sərnişinlər üçün qeydiyyat masasında əyləşən heyətə məlumat verməyiniz xahiş olunur.

Qeyd

Aviaşirkətin qaydalarından asılı olaraq, bəzi hallarda transfer sərnişinlər üçün qeydiyyat masasında baqajın calanma reysi üçün qeydiyyatdan keçirilməsinə görə əlavə ödəniş tələb edilə bilər. Ətraflı məlumat üçün calanma reysinizi həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.