Pasport nəzarəti və viza

Pasportu hazır vəziyyətdə saxlayın.

Pasportunuzu hazırlamağınız və “Azərbaycan Respublikasının vətəndaşları”, “Xarici vətəndaşlar” və ya “Diplomatik pasportları olan sərnişinlər” qeyd olunan müvafiq masaya yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.

­­­

Sərnişinlər

Masanın nömrəsi

Diplomatik pasportu olan sərnişinlər

1

Azərbaycan Respublikasının vətəndaşları

2,3,4,5,6,7,8,9,10,11,12,13

Xarici vətəndaşlar

14,15,16,17,18,19,20,21,22

Sürətli keçid, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər və ya uşaqlı ailələr

23,24

Pasport nəzarəti başa çatdıqdan sonra, birinci mərtəbədə baqajın təhvili zonasına keçin. Əlil arabalarından istifadə edən sərnişinlər pasport nəzarəti məntəqəsindən keçdikdən sonra liftlərdən istifadə edə bilərlər.

­­ Azərbaycan respublikasina daxil olmaq üçün viza

Giriş və viza tələbləri barədə daha ətraflı məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən (http://mfa.gov.az/content/918) əldə etmək olar.

Azərbaycan Respublikasına daxil olmaq üçün giriş vizasına görə dövlət rüsumu

“ASAN VISA” haqqında daha geniş məlumatla https://evisa.gov.az/en səhifəsində tanış ola bilərsiniz.

Giriş vizasına ehtiyacınızın olub-olmadığını buradan yoxlaya bilərsiniz: http://www.iatatravelcentre.com

Gəldiyiniz zaman viza üçün müraciət etməyinizə icazə verildiyi halda, pasport nəzarətindən keçməzdən əvvəl viza təminat masasına( iki masa) yaxınlaşa bilərsiniz (xəritə)

Qeyd

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qeydiyyat üçün elektron qaydada www.migration.gov.az və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərsiniz.