AZAL Biznes sinif sərnişinləri üçün qeydiyyat zalı

AZAL Lounge -“Azərbaycan Hava Yolları” aviaşirkətinin Biznes sinif sərnişinlərinin Qeydiyyat zalı 1-ci Terminalın A Zonasında, birinci mərtəbədə yerləşir. Siz AZAL Biznes sinif sərnişinləri üçün nəzərdə tutulan qeydiyyat zalına fərdi avtomobillə 1-ci zolaqdan və fərdi girişdən daxil ola bilərsiniz. Nəzakətli işçi heyəti reys üçün sizi və baqajınızı qeydiyyatdan keçirəcək və təhlükəsizlik və pasport nəzarətindən keçirdərək əsas AZAL Biznes sinif zalına qədər müşayət edəcəkdir. Burada siz uçuş öncəsi zamanınızı səmərəli keçirərək istirahətə davam edə bilərsiniz.

AZAL Business Class Lounge xüsusi olaraq “Azərbaycan Hava Yolları”nın sərnişinləri üçün nəzərdə tutulub. Geniş və sakit məkandan zövq almaq üçün burada hər bir şərait mövcuddur.

Bu zalda aşağıdakı xidmətlər təklif olunur:

  • İstirahət zonası
  • Faydalı qəlyanaltılar və içkilər
  • Ödənişsiz WiFi

Bu zalda siqaret çəkmək qadağandır.

Biznes Sinif Zalı

Business Class Lounge zalda digər aviaşirkətlərin sərnişinlərin uçuş öncəsi istirahət etməsi üçün sözün əl mənasında bütün lazımi şərait yaradılmışdır. Sİz biznes klass sərnişinlər üçün xüsusi yaradılmış, unikal dizayn və rahat şəraitlə dolğun bir zalda istirahət edə biləcəksiniz. Zal 4-cü mərtəbədə yerləşir (uçuş zonası).

Təqdim olunan xidmətlər:

  • İstirahət zonaları
  • Faydalı qəlyanaltılar və içkilər
  • Ödənişsiz WiFi

Bu zalda siqaret çəkməyə qadağandır.

Salam Lounge

B zonası 1-ci mərtəbədə yerləşən Salam Lounge zalı Sizə uçuşdan öncə komfortlu şəraitdə qeydiyyatdan keçməyə və bagaj email proseduruna imkan verəcək. Zövqlu interyer, təklif olunan menyu və gülərüz personal Sizi uçuşqabağı həyacandan tam azad edəcək.

Zal aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass,
  • Lounge Club,
  • Diners Club International,
  • Lounge Pass,
  • LoungeKey
  • Dragon Pass Card
  • TAV Passport Classic Cards
  • TAV Passport Plus Card
  • TAV Passport Edition Card
  • Primeclass Lounge Card
  • Bank SW Visa Platinum Miles
  • Bank SW Master Card Platinum Miles

Bu zalda siqaret çəkmək qadağandır

Absheron Lounge

Rahat yumşaq mebellə, zövqlü interyer dizaynla, telefon, faks və internet (həmçinin WiFi), müxtəlif mətbuat vasitələri ilə təchiz olunmuş Absheron Lounge aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass,
  • Lounge Club,
  • Diners Club International,
  • Lounge Pass,
  • LoungeKey
  • Dragon Pass Card
  • TAV Passport Classic Cards
  • TAV Passport Plus Card
  • TAV Passport Edition Card
  • Primeclass Lounge Card

Zal 4-cü mərtəbədə yerləşir (uçuş zonası).

Bu zalda siqaret çəkmək qadağandır

Baku Club

Baku Club –rahat interyer dizaynla və menyuyla təchiz olunmuş zaldır, və bu zal Sizə baqaj gözləmə zamanınızın rahat və komfortlu şəraitdə keçirməyə imkan yaradacaq. Baku Club aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass,
  • Lounge Club,
  • Diners Club International,
  • Lounge Pass,
  • LoungeKey
  • Dragon Pass Card
  • TAV Passport Classic Cards
  • TAV Passport Plus Card
  • TAV Passport Edition Card
  • Primeclass Lounge Card
  • Bank SW Visa Platinum Miles
  • Bank SW Master Card Platinum Miles

Bu zalda siqaret çəkmək qadağandır