Rəsmi nümayəndə heyətləri üçün hava limanında müvəqqəti marşrut

Rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş əsas terminalda müvəqqəti təmir işləri ilə əlaqədar VIP Aviasiya xidmətlərindən istifadə etmək üçün əvvəlcədən aşağıda qeyd olunan telefon nömrələrinə zəng etməyiniz xahiş olunur:

• (012) 497 27 72

• (012) 497 27 92

• (050/055) 446 27 72

E-poçt ünvanı: reservations@vipavia.az

Aşağıda rəsmi şəxslər və nümayəndə heyətləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrutları qeyd olunmuşdur.

Bakıdan ölkədaxili istiqamətlərə (Naxçıvan, Gəncə, Qəbələ) uçarkən:

1. İkinci terminalın (T2) ikinci mərtəbəsinə sürün və girişdən "Cənub terminalı. Getmə" yaxınlaşın. Burada sizi VIP Aviasiya xidmətinin əməkdaşları lövhəciklə qarşılayacaq.


2. Terminala daxil olduqdan sonra interaktiv ekranda müşayiətçi şəxs ilə birlikdə reysin gediş vaxtını bir daha dəqiqləşdirin.



3. Təhlükəsizlik xidməti tərəfindən yoxlanışdan keçdikdən sonra uçuşunuzun göstərildiyi qeydiyyat masasına ötürüləcəksiniz. Burada siz və baqajınız (varsa) qeydiyyatdan keçiriləcəksiniz.


4. Bundan sonra başqa bir təhlükəsizlik yoxlamasından keçməlisiniz və terminalın pasport nəzarət zonasına daxil olmalısınız. Qeyd edək ki, daxili reyslərdə sərnişin pasportları yoxlanılmır və buna görə dəhliz boyu hərəkət edin.



5. Cənub terminalının gözləmə zalında “Buta Lounge” biznes zalının xidmətlərindən istifadə edə bilərsiniz. Biznes zalda reysinizə miniyin başladığı vaxt və yaxınlaşmalı olduğunuz minik qapısının nömrəsi barəsində sizə məlumat veriləcək.


Bakıdan “Buta Airways”in istiqamətləri üzrə uçarkən (J29 prefiksli reyslər):

1. İkinci terminalın (T2) ikinci mərtəbəsinə sürün və girişdən "Şimal terminalı. Gediş"ə yaxınlaşın. Burada sizi VIP Aviasiya xidmətinin əməkdaşları lövhəciklə qarşılayacaq.


2. İnteraktiv ekranda terminala daxil olduqdan sonra müşayiətçi şəxs ilə birlikdə reysin gediş vaxtını bir daha dəqiqləşdirin.




3. Təhlükəsizlik xidməti tərəfindən yoxlanışdan keçdikdən sonra uçuşunuz göstərildiyi qeydiyyat masasına ötürüləcəksiniz. Burada siz və baqajınız (varsa) qeydiyyatdan keçiriləcəksiniz.


4. Baqajın qablaşdırılması xidmətindən, həmçinin valyutadəyişmə məntəqəsindən istifadə edə bilərsiniz.



5. Qeydiyyatdan sonra daha bir təhlükəsizlik yoxlamasından keçməli və terminalın pasport nəzarət zonasına daxil olmalısınız.





6. Pasportunuzu yoxlanılması üçün sərhəd nəzarəti əməkdaşına təqdim edin. Qeyd edək ki, diplomatik pasport sahibləri üçün ayrı qeydiyyat masası mövcuddur.


7. Şimal terminalının gözləmə zalında “Muğam Lounge” biznes zalının xidmətlərindən istifadə edə bilərsiniz. Biznes zalda reysinizə miniyin başladığı vaxt və yaxınlaşmalı olduğunuz minik qapısının nömrəsi barəsində sizə məlumat veriləcək.


8. Restoran, eləcə də rüsumsuz mağazalar (Duty Free) şimal terminalının gözləmə zonasında xidmətinizdədir.




Bakıdan beynəlxalq istiqamətlərə AZAL və ya digər aviaşirkətlər ilə uçarkən:

1. Terminal 1-ə (T1) yaxınlaşın və əsas dayanacaqdan ən sağ zolaqdan terminalın binasına doğru dönün. Sizin üçün ən sağ şlaqbaum açılacaqdır.


2. “Salam Lounge” biznes zalının girişində avtomobildən enməlisiniz.




3. “Salam Lounge”da gözlədiyiniz zaman VIP Aviasiya Xidmətinin əməkdaşları uçuşdan əvvəl lazımi prosedurları yerinə yetirəcəklər. Gözləyərkən xüsusi menyudan istifadə edə bilərsiniz.




4. Qeydiyyatdan sonra liftlə üçüncü mərtəbəyə ötürüləcəksiniz və burada gömrük, aviasiya təhlükəsizliyi və pasport nəzarətindən keçməlisiniz.


5. Qeyd edək ki, diplomatik pasport sahibləri üçün burada da ayrı qeydiyyat masası mövcuddur. Daha sonra gözləmə zonasına ötürüləcəksiniz.


6. Gözləmə zonasında kafe, restoran və rüsumsuz mağazaların (Duty Free) xidmətlərindən istifadə edə bilərsiniz.


7. Əgər siz biznes siniflə səyahət edirsinizsə, buradan dördüncü mərtəbədəki biznes salonuna ötürüləcəksiniz (AZAL reyslərinin sərnişinləri üçün “AZAL Business Class Lounge”, digər aviaşirkətlərin reyslərinin sərnişinləri üçün isə “Business Class Lounge”). Biznes salonda reysinizə minik başladığı zaman və yaxınlaşmalı oluğunuz minik qapısının nömrəsi barəsində sizə məlumat veriləcək.


8. Ekonom siniflə səyahət etdiyiniz zaman birbaşa üçüncü mərtəbədəki minik qapılarına ötürüləcəksiniz. Minik teleskopik trap vasitəsilə həyata keçirilir.


Bütün gəlişlər Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-də həyata keçirilir:

1. Təyyarədən endikdən sonra VIP Aviasiya Xidmətinin əməkdaşları sizi qarşılayıb (baqajınızı götürməyə və yaxud digər reysə minik olduğu təqdirdə transfer masasına) ötürəcəklər.


2. Sənədlərin sürətli yoxlanılması üçün Fast Track masasından keçiriləcəksiniz.


3. Buradan eskalatorlar vasitəsilə baqajın verilməsi zonasına ötürüləcəksiniz.




4. Baqajınızı “Baku Club” zalında gözləyə bilərsiniz. Portye baqajınızı götürüb sizə gətirəcək.


5. Baqajınızı aldıqdan sonra, bəyan ediləsi malınız yoxdursa, "Yaşıl Kanal" vasitəsilə çıxışa tərəf hərəkət edin.



6. Və ya gömrük nəzarətində baqajınızı bəyan etdikdən sonra "Qırmızı Kanal" vasitəsilə çıxışa tərəf hərəkət edin.

Əlavə qeydlər:

• Gediş və gəliş zamanı əl yükü portye tərəfindən daşınır;

• Eniş etdikdən sonra baqaj portye tərəfindən lentdə axtarılır və daha sonra nəqliyyat vasitəsinə çatdırılır.