Təklifləriniz

Heydər Əliyev Beynəlxalq Aeroportunda gözlə görünməyən əlilliyi olan sərnişinlərə xidmət barədə məlumat

Heydər Əliyev Beynəlxalq Aeroportunda gözlə görünməyən əlilliyi olan sərnişinlərə xidmət barədə məlumat:

  • Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından uçuş zamanı gözlə görünməyən əlilliyi olan sərnişinlər, onları yola salan və ya birgə səyahət edən qanuni nümayəndələr (qəyyum, valideyn, yola düşən şəxslər) “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən gözlə görünməyən əlilliyi olan sərnişinə təqdim edilmiş xusüsi vəsiqəni  1-ci Terminalın A və B zonalarının girişindəki “Salam Servis” masasında xidmət göstərən “VİP Aviasiya Xidmətləri Şirkəti”nin əməkdaşına təqdim edir. “VİP Aviasiya Xidmətləri Şirkəti”nin əməkdaşı müvafiq sənədləri yoxlayaraq, gözlə görünməyən əlilliyi olan sərnişini müəyyən edir və ona xüsusi asılqan (lanyard) təqdim edir.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından uçuş zamanı gözlə görünməyən əlilliyi olan sərnişinlər, onları yola salan və ya birgə səyahət edən qanuni nümayəndələr (qəyyum, valideyn, yola düşən şəxslər) “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən gözlə görünməyən əlilliyi olan sərnişinə təqdim edilmiş xusüsi vəsiqəni 2-ci Terminalın cənub və şimal hissəsinin 1-ci mərtəbəsində yerləşən aerovağzal kompleksinə girişlərdə xidmət göstərən “Aviation Services Group” şirkətinin GHC filialının Məlumat-arayış xidmətinin  əməkdaşına təqdim edir. Əməkdaş müvafiq sənədləri yoxlayaraq, gözlə görünməyən əlilliyi olan sərnişini müəyyən edir və ona xüsusi asılqan (lanyard) təqdim edir.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalına gələn reyslərdə gözlə görünməyən əlilliyi olan sərnişinlər aerovağzal kompleksində quraşdırılmış müvafiq nişanlara (roll-up) əsasən ASAN VİZA Xidmətinin masasına yaxınlaşmalıdır. ASAN VİZA Xidmətinin əməkdaşı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən gözlə görünməyən əlilliyi olan sərnişinə təqdim edilmiş xusüsi vəsiqəni sərnişindən xahiş edir və baxış keçirməklə Gözlə görünməyən əlilliyi olan sərnişini müəyyən edir və ona xüsusi asılqan (lanyard) təqdim edir.

Xüsusi asılqan (lanyard) Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən müvafiq xidmətlərin əməkdaşları (Gömrük və Sərhəd Xidmətləri, Aviasiya Təhlükəsizliyi Xidməti, “Aviation Services Group” Şirkətinin GHC filialının əməkdaşları) tərəfindən gözlə görünməyən əlilliyi olan sərnişinin müəyyən edilməsinə imkan yaradır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərən müvafiq xidmətlərin əməkdaşları lanyardla təmin edilmiş sərnişinləri müəyyən edir və uçuşdan əvvəl / uçuşdan sonrakı  prosedurlar zamanı onların növbədənkənar və ayrıca masalarda ümumi əsaslarla pasport-viza nəzarətini, gömrük yoxlamasını, aviasiya təhlükəsizliyi baxışının keçirilməsini və sərhəd keçidini təmin edir.