AddToAny

Facebook Twitter Google+ Google+
VIP Aviasiya Xidmətləri
Paylaş:

VIP_Aviation.jpg

Ən yüksək xidmət səviyyəsi və hər bir sərnişinə fərdi yanaşma həm uçuşdan əvvəl, həm də sonra bütün prosedurları rahat keçməyə imkan verəcək. İdarəetmə və VIP sərnişinlərə xidmət göstərilməsi üçün eksklüziv hüquqa malik olan “VİP Aviasiya Xidmətləri Şirkəti”  Heydər Əliyev Beynəlxalq Hava Limanında tam çeşidli xidmətlər təklif etməyə məmnundur.

Uçub gedən VIP sərnişinlərə göstərilən xidmətlər:

  • sərnişinin Bakı şəhərinin istənilən nöqtəsindən hava limanına transferi;
  • terminala ayrıca girişdə fərdi qarşılama;
  • zala müşaiyəti və baqajın çatdırılması;
  • sərnişinin qeydiyyatı və baqajın rəsmiləşdirilməsi;
  • sərnişinin nəzarət zonalarından keçməyə fərdi dəvət olunması;
  • Pasport və gömrük nəzarətindən agentin müşaiyəti ilə keçmək;
  • təyyarənin göyərtəsinə kimi fərdi müşayiət.

Uçub gələn sərnişinlərə göstərilən xidmətlər:

  • Trapın qarşısında fərdi qarşılama və hava limanının binasına müşayiət;
  • pasport nəzarətindən keçmək üçün müşayət;
  • baqajın gözləmək üçün biznes zalda yerləşdirilmək;
  • biznes zalda sərnişinə baqajın çatdırılması;
  • sərnişinin hava limanının dayanacağında şəxsi avtomobilinə kimi müşayəti, həmçinin Bakı şəhərinin istənilən nöqtəsinə transfer.

Baku VIP Lounge zalı

VIP sərnişinlər üçün zal Terminal 2-nin I mərtəbəsində yerləşir. Baku VIP Lounge zalı gəliş və uçuş terminalından asılı olmayaraq istəyən hər bir sərnişinə xidmət göstərir.

Baku VIP Lounge zalında ləziz Azərbaycan və Avropa mətbəxindən həzz almaq, burada yerləşən Duty Free mağazalarında və lüks brendlərin butiklərində xüsusi qiymətlərlə alış-veriş etmək olar. Baku VIP Lounge-da 6 fərdi otaqlar, uşaq otağı, həmçinin tranzit sərnişinlər üçün bütün zəruri şəraiti olan istirahət otağından ibarət xüsusi zona yerləşir.