AddToAny

Facebook Twitter Google+ Google+
Təhlükəsizlik və gömrük
Paylaş:

Kənar şəxslərdən hava gəmisinin göyərtəsində saxlamaq, ötürmək və daşımaq üçün hər hansı bir əşya və cisimləri qəbul etməyin. Öz baqaj və əl yükünüzü nəzarətsiz qoymayın və ya kənar şəxslərin nəzarətində qoymayın.

Hava limanında aşkar olunan bütün sahibsiz əşyalar barədə onlara toxunmadan oradakı polis, aviasiya təhlükəsizlik xidməti əməkdaşları və digər hava limanı işçilərinə məlumat verin. Hava limanın bütün işçiləri xüsusi geyim formasındadırlar və onlar üzərində xüsusi tanınma nişanları – hava limanı işçilərinin buraxılış vəsiqəsi və nişanlarını daşıyırlar.

Əgər Siz hüquqazidd əməllərin şahidi olmusunuzsa və ya vətəndaşların həyat və sağlamlığına, yaxud hava limanının təhlükəsizliyinə təhdidlər barədə məlumata sahibsinizsə, xahiş edirik bu barədə zaldakı polis və ya aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşlarına məlumat verəsiniz.

Sizin təhlükəsizliyinizi təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanının terminallarına daxil olarkən bütün şəxslər, eləcə də onların əşyaları yoxlanılır. Bununla əlaqədar olaraq, Sizdən vaxtınızı planlaşdırmağı və hava limanına daha erkən gəlməyinizi xahiş edirik.

 

safety-baggage.png

Uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır:

Sizin baqajınızda daşınması qəti qadağan olunmuş əşyalar:

Radioaktiv maddələr

Qaz

Partlayıcı maddələr

Fişəng

Zəhər

Paslanmaya meylli maddələr

Maqnitlər

Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar:

Təchizat

Soyuq silah

Odlu silah

Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar:

Kibrit, alışqanlarTualet əşyaları:ətirlər, aerozollar

Xəbərdarlıq!

Təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.

 

Gömrük qaydaları

  • Xarici valyutanın məbləği ölkəyə daxil olarkən bəyan edilməlidir (bəyannaməyə əlavə olunmalıdır). 
  • Şəxsi istifadə üçün aşağıdakıların predmetlərin çıxarılmasına görə rüsum alınmır: 125 qramadək balıq kürüsü, 3 blok siqaret, tündlüyü 70 faizdən çox olmayan pərakəndə satış üçün nəzərdə tutulan xüsusi qabda 5 litr spirtli içki və zəruri dərmanlar. 
  • İstənilən əntiq malların (qiymətli daşlar, sikkələr və başqa incəsənət əsərləri daxil olmaqla) müvafiq orqanların icazəsi olmadan çıxarılması qadağandır.
  • Narkotik maddələrin, silah və sursatların (icazəli silahlar istisna olmaqla), ölkənin mənəviyyatını təhqir edən və qanunlarını pozan ədəbiyyat və video materialların gətirilməsi qadağandır. 

Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet saytında daha geniş məlumat əldə edə bilərsiniz.