AddToAny

Facebook Twitter Google+ Google+
Pasport və viza barəsində məlumat
Paylaş:

VISA Desk.jpg

Giriş qaydaları

Azərbaycana daxil olmaq üçün Türkiyənin və MDB dövlətlərinin əksər vətəndaşları üçün viza almağa ehtiyac yoxdur.

Başqa ölkələrin vətəndaşları Azərbaycanın xaricdəki səfirliyində və yaxud baş konsulluğunda vizanı öncədən almalıdırlar.

 

Ölkəyə daxil olduqda viza

Heydər Əliyev Beynəlxalq Hava Limanında viza mərkəzi nəzərdə tutulmuşdur ki, burada digər ölkələrin vətəndaşları vizanın ölkəyə daxil olduqda verilməsi nəzərdə tutulduğu hallarda viza əldə edə bilərlər. Əlavə məlumat ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saytında aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.mfa.gov.az/content/918

Azərbaycanda müvəqqəti qeydiyyat

Tanış və qohumlarının yanına gələn bütün turistlər və qonaqlar olduqları yer üzrə yerli polis bölməsində qeydiyyatdan keçməlidir.  Sərnişinlər Azərbaycanda olduqları müddət ərzində oteldə qaldıqları təqdirdə qeydiyyat bilavasitə otel tərəfindən aparılmalıdır.