AddToAny

Facebook Twitter Google+ Google+
Biznes zallar
Paylaş:

Business_Lounges.jpg

Heydər Əliyev Beynəlxalq Hava Limanının biznes zalları

Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"-nın sərnişinləri üçün iki biznes zal yerləşir: Terminal 1-də uçuş zalının sol qanadında (I mərtəbə, “A” zonası), həmçinin terminalın III mərtəbəsindəki gözləmə zalında. Digər hava yollarının birinci və biznes sinif sərnişinləri III mərtəbədəki gözləmə zalında Business Lounge premium zalından istifadə edə bilərlər.

Siz reysə minikdən əvvəl ləziz təamlar və içkilərdən zövq alarkən Sizi və baqajınızı qeydiyyata alacaq fərdi VİP agentlər bu zallarda qarşılayacaqlar. Qeydiyyatdan sonra VİP agentlər Sizi ayrıca keçid vasitəsilə nəzarət-buraxılış məntəqəsinə və biznes gözləmə zalına aparacaqlar. Burada reysə minikdən əvvəl dincəlmək üçün bütün şərait var və bizim premium menyunun tam çeşidi mövcuddur .