14 mart 2017

Heydər Əliyev Beynəlxalq Hava Limanı postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülmüşdür.

https://www.azal.az/az/article/269

24 Dekabr 2014

Heydər Əliyev Beynəlxalq Aeroportu SKYTRAX-nın “4 ulduz” dərəcəsinə layiq görülüb

01 Dekabr 2014

Bütün Beynəlxalq sərnişin reysləri 1-ci terminalından yerinə yetirilməsinə başlanmışdır.

24 sentyabr 2014

“Azərbaycan Hava Yolları” (QSC) aviaşirkəti Bakı- Nyu-York - Bakı marşrutu üzrə ilk sərnişin hava reysini yerinə yetirmişdir.

23 aprel 2014

Heydər Əliyev Beynəlxalq Aeroportunun Yeni 1-ci Terminalından birinci sərnişin reysi həyata keçirilmişdir. Reys Azərbaycan Hava Yolları tərəfindən Bakı – İstanbul (Sabihə Gökçən) – Bakı marşrutu üzrə həyata keçirilmişdir.

23 aprel 2014

23 aprel 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının açılışı olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişlər.

http://www.president.az/articles/11516

2 oktyabr 2013

«Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

http://az.president.az/articles/9451

6 may 2013

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Silkway Technics” şirkətinin yeni anqar kompleksinin, Beynəlxalq Logistika Mərkəzinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək, yeni alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxmışdır.

http://az.president.az/articles/8017

20 aprel 2012

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və tikinti işləri ilə tanış olmuşdur.

http://az.president.az/articles/4741

03 dekabr 2011

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

http://az.president.az/articles/3717

17 mart 2011

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.

http://az.president.az/articles/1791

12 May 2004

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yerli Hava xətləri aerovağzalı istifadəyə verilmişdir.

10 mart 2004

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Bakı” aeroportuna Heydər Əliyev Beynəlxalq Hava Limanı verilmişdir.

2003

“Bakı” Hava Limanının ətrafına elektron hasar quraşdırılıb

Noyabr 1999

“Bakı” Hava Limanında “AZALOİL” müəssisəsi üçün yeni təyyarə yanacaqdoldurma məntəqəsi inşa olunub.

Oktyabr 1999

“Bakı” Hava Limanında uşuların idarəetmə sisteminin yenidən qurulması başa çatmışdır.

May 1998

“Bakı” hava limanının yeni uçuş-enmə zolağının açılış mərasimi keçirilmişdir.

Oktyabr 1997

“Bakı” Hava Limanının Beynəlxalq aerovağzal kompleksi layihəsinin (hazırda Terminal 2) təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.

31 avqust 1990

“Bakı” aeroportuna “beynəlxalq aeroport” statusu verilib.

1964

Bakı aeroportunun yeni aerovağzalı istismara verilib.

20 iyun 1959

İlk dəfə olaraq İl-18 təyyarəsinin Moskva-Bakı marşrutu üzrə birinci reysi həyata keçirilmişdir.

9 fevral 1933

Bakı aeroport tikilib istifadəyə verilmişdir.